...

Qafqaz Müsəlmanları İdarəsinin sədri beynəlxalq forumda iştirak edəcək

Cəmiyyət Materials 16 May 2012 12:08 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə bu gün Türkiyəyə səfər edir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri beynəlxalq forumda iştirak edəcək

Azərbaycan, Bakı, 16 may /Trend müxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə bu gün Türkiyəyə səfər edir.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər mayın 17-18-də İstanbulda keçiriləcək "Dünya siyasəti-2012" Forumuna dəvət əsasında həyata keçirilir.

Türkiyə Baş nazirinin Təşviqat Fondu tərəfindən təşkil edilən Forumda beynəlxalq və yerli liderlər, siyasətçilər, iş adamları, iqtisadçılar, alimlər, din xadimləri bir araya gələcəklər.

Bu zirvə görüşündə dünya siyasətçiləri və iqtisadçıları bir araya gələrək, liderlər dünyada baş verən hadisələrin mühüm aspektləri üzərində dayanaraq öz fikirlərini beynəlxalq həmkarları və geniş ictimaiyyətlə bölüşürlər.

İstanbul "Dünya siyasəti-2012" Forumunun mövzusu "Yeni dünyanın quruluşu" olacaq.

Sammit çərçivəsində müasir dövrü əhatə edən mövzulara dair müxtəlif sessiyalar, daha parlaq gələcəyin qurulması, qlobal və regional siyasətin formalaşması ilə bağlı müzakirələr təşkil ediləcək.

Allahşükür Paşazadə Forumda çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti