...

Azərbaycanda həftənin ilk iş gününün hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 20 May 2012 18:49 (UTC +04:00)
Sabah Azərbaycanda hava isti olacaq.
Azərbaycanda həftənin ilk iş gününün hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 20 may /Trend, müxbirlər E.Mehdiyev/

Sabah Azərbaycanda hava isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar günü Trend-ə bildiriblər ki, mayın 21-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Yarımadanın bəzi yerlərində zəif duman olacaq.

Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gündüz 25-33 dərəcə, gecə isə 15-18 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti