...

Bakı yol polisi əhaliyə xəbərdarlıq edir

Cəmiyyət Materials 26 May 2012 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend müxbir K.Zərbalıyeva/

Bakı yol polisi əhaliyə xəbərdarlıq edir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov şənbə günü Trend-ə bildirib ki, "Eurovision-2012" mahnı müsabiqəsinin final mərhələsinin keçirilməsi ilə əlaqədar əhalidən Bayraq meydanından Dənizkənarı Bulvar boyu, Neftçilər prospekti və ona bitişik, paralel və kəsişən küçə və yollarda şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələri xahiş olunur.

Bu məqsədlə qeyd olunan ərazi üzrə yaşayanlardan xahiş olunur ki, bu istiqamətlərdə nəqliyyat sıxlığı yaranmaması üçün bu gün saat 15:00-dan etibarən şəxsi avtomobillərindən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər.

Əsədov bildirib ki, müsabiqənin final günü yol hərəkəti təhlükəsizliyinin təmin olunması, "Bakı Kristal Zal"a tamaşaçıların, iştirakçıların və qonaqların rahat, fasiləsiz hərəkətini təmin etmək məqsədilə bəzi istiqamətlərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək.

Tədbir başa çatanadək paytaxtın Nobel prospektinin Nəcəfqulu Rəfiyev küçəsi, Xocalı küçəsinin Nəcəfqulu Rəfiyev küçəsi, Babək prospektinin Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsinin 28 May küçəsi, Afiəddin Cəlilov küçəsinin Yusif Səfərov küçəsi, Azadlıq prospektinin 28 May küçəsi, Bülbül prospektinin Xəqani küçəsi, Qoşa qala qapısı, İstiqlaliyyət və Azərbaycan küçələrinin, Şeyx Şamil küçəsinin İstiqalaliyyət küçəsi, Mehdi Hüseyn küçəsinin Teymur Elçin küçəsi, Parlament prospektinin Mehdi Hüseyn küçəsi, Parlament Prospektinin Mikayıl Müşfiq küçəsi, Nəriman Nərimanov küçəsinin Mikayıl Müşfiq küçəsi ilə kəsişmələrindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi, 20-ci sahə istiqamətlərində nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək.

Xəbər lenti

Xəbər lenti