Azərbaycan, Bakı, 13 iyun /Trend/
Bakının Nəsimi, Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Nəsimi rayonu ərazisində - Azadlıq prospekti ilə T.Əliyev və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsində 300 mm diametrli magistral xəttin 80 metrlik hissəsi yeni borularla əvəzlənir.
Bununla əlaqədar iyun ayının 13-də gün ərzində paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.