...

Dövlət Əmlak Komitəsi investisiya müsabiqəsi elan edib

Cəmiyyət Materials 27 Avqust 2012 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi 17, Yasamal rayonu, Şərifzadə küçəsi 75 və Nizami rayonu, Ş.Mirzəyev küçəsi 23 ünvanında yerləşən ümumi sahələri müvafiq olaraq 285,1 kv. metr, 17,2 kv. metr və 11,2 kv. metr olan qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı investisiya müsabiqə elan edilib.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, sifarişçilər qarşısında icarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsini təmin etmək, icarəyə verilən obyektin ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi, kommunikasiya xətlərindən birgə istifadə edilməsi, icarəyə verilən obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması və dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair təklifin verilməsi kimi şərtlər qoyulub.

Müsabiqələrdə iştirak etmək üçün hər bir müsabiqəyə bir neçə iddiaçı tərəfindən təkliflər təqdim edilib. Müsabiqəyə çıxarılmış obyektin balanssaxlayıcısının və yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının nümayəndələri daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən bütün iddiaçılar iştirakçı statusunu əldə edib.

Keçirilən hər bir müsabiqə üzrə yaradılımış Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərinə baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul edib. Səsvermənin nəticələrinə uyğun olaraq, Xətai rayonu, Y.Səfərov küçəsi 17 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı müsabiqənin qalibi "GEN-LAB" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib.

Digər müsabiqələrin qalibi isə "Azərtelekom" MMC olub.

Müsabiqənin şərtlərinə müvafiq olaraq, qalib şirkət icarəyə götürəcəyi qeyri yaşayıs sahəsinin qanunvericiliklə müəyyən edilmiş aylıq icarə haqqının dövlət büdcəsinə köçürülməsinin, habelə bağlanılacaq icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinin, balanssaxlayıcının hesabına köçürüləcək kommunal xərclərinin və digər ödəmələrin vaxtlı-vaxtında köçürülməsinin təmin edilməsini öhdəsinə götürüb.

Eyni zamanda müsabiqə qalibi tərəfindən icarəyə götürülən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsi, müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması, eləcədə obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması da təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti