...

Qırğız gənclərin Azərbaycana səfəri başlayır

Cəmiyyət Materials 17 Sentyabr 2012 15:00 (UTC +04:00)
Sentyabrın 18-dən Bakı şəhərində Qırğız Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyinin əməkdaşları və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri üçün təlim kursuna start veriləcək.
Qırğız gənclərin Azərbaycana səfəri başlayır

Azərbaycan, Bakı, 17 sentyabr / Trend, müxbir E.Mehdiyev/

Sentyabrın 18-dən Bakı şəhərində Qırğız Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyinin əməkdaşları və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri üçün təlim kursuna start veriləcək.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlim kursunun proqramına əsasən, iştirakçılara Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində gürülən işlər haqqında ətraflı məlumatların verilməsi, Gənclər Fondunda, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında görüşlərin keçirilməsi və Bakı şəhərində gəzintilərin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, təlim kursu "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qırğız Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2012-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti