...

Azərbaycan hökuməti məktəblərə şagird qəbulunun elektron ərizələrlə həyata keçirilməsinə razılıq verməyib

Cəmiyyət Materials 25 Sentyabr 2012 13:32 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti orta məktəblərə şagird qəbulunun elektron ərizələr əsasında həyata keçirilməsinə razılıq verməyib.
Azərbaycan hökuməti məktəblərə şagird qəbulunun elektron ərizələrlə həyata keçirilməsinə razılıq verməyib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti orta məktəblərə şagird qəbulunun elektron ərizələr əsasında həyata keçirilməsinə razılıq verməyib. Bunu çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov deyib.

Onun sözlərinə görə, TN bununla bağlı NK-ya təklif versə də, təklif qəbul edilməyib.

Bunun səbəbini açıqlayan Məmmədov bildirib ki, kənd məktəbləri tam şəkildə internetə qoşulmayıb. Hazırda Azərbaycanda internetə qoşulmuş məktəblərin sayı ölkədəki ümumi məktəblərin 30 faizə yaxınını təşkil edir. Bu ilin sonuna kimi bu göstəricinin 30-35 faizə çatacağı gözlənilir.

"Ona görə də bu xidmətə keçidi hələ tez hesab etdilər. Bunun üçün gərək bütün məktəblərdə internet olsun. Ola bilər ki, biz gələn ildən pilot şəkildə "Elektron məktəb"lərdə bu işə başlayaq", - Məmmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti