...

Fövqəladə Hallar Nazirliyindən tikinti şirkətlərinin rəhbərlərinə xəbərdarlıq

Cəmiyyət Materials 26 Sentyabr 2012 17:05 (UTC +04:00)
Trend-in nazirliyin saytına istinadən verdiyi məlumat görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində ölkədə lisenziya almış tikinti təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə bildirilib.
Fövqəladə Hallar Nazirliyindən tikinti şirkətlərinin rəhbərlərinə xəbərdarlıq

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi tikinti şirkətlərinin rəhbərlərinə xəbərdarlıq edib.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumat görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində ölkədə lisenziya almış tikinti təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə bildirilib.

Məlumata görə, Agentliyinin rəisi Cəbrayıl Xanlarov müşavirədəki çıxışında tikinti şirkətlərinin rəhbərlərinə bildirib ki, obyektlərdə tikinti işlərinin başlanılması yalnız onun layihə-smeta sənədlərinin hazırlanması, razılaşdırılması və dövlət ekspertizasından keçirilməsindən və qanunvericiliyin digər tələblərinə riayət olunduqdan sonra mümkündür.

Bundan başqa, bir çox hallarda seysmik zonalarda tikinti işlərinə başlamazdan əvvəl bərkitmə işlərinin aparılmaması, eyni zamanda, işlərin sürətlə başa çatdırılması məqsədilə həyata keçirilən tikinti işləri zamanı qanunvericiliyin tələblərinə riayət edilməməsinin obyektlərin keyfiyyətsiz inşası və gələcək istismarının təhlükəliliyinə səbəb olduğu bildirilib.

O, ölkə ərazisində, o cümlədən Bakı şəhərində geniş vüsət almış tikinti işlərində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinin vacibliyinə toxunaraq, tikinti obyektlərində rast gəlinən çatışmazlıqlardan, həlli vacib məsələlərdən danışıb, bu sahədə təkliflərini bildirib.

Qeyd edək ki, parlamentin yaz sessiyasında Şəhərsalma və Tikinti Məcəlləsi qəbul edilib və onun təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanun təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti