...

Bu gündən Naxçıvanda açıq ürək əməliyyatlarının keçirilməsi üçün aksiyaya start verilib

Cəmiyyət Materials 28 Sentyabr 2012 17:12 (UTC +04:00)
Bu gündən başlayaraq, Naxçıvan Muxtar Respublikasında açıq ürək əməliyyatlarının keçirilməsi üçün növbəti humanitar aksiyaya start verilib.
Bu gündən Naxçıvanda açıq ürək əməliyyatlarının keçirilməsi üçün aksiyaya start verilib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən başlayaraq, Naxçıvan Muxtar Respublikasında açıq ürək əməliyyatlarının keçirilməsi üçün növbəti humanitar aksiyaya start verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, aksiya Mərkəzi Neftçilər Xəstəxanasının, Ürək-Damar Xəstəlikləri Mərkəzinin yüksək ixtisaslı kardiocərrah və kardioloqlar briqadası tərəfindən həyata keçiriləcək. Ölkəmizdə artıq ənənəvi hal alan bu aksiya oktyabrın 10-da yekunlaşacaq.

Aksiya çərçivəsində 100-ə yaxın exokardioqrafiya, 50-60 angioqrafiya və 30 açıq ürək əməliyyatlarının keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti