Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyədə dövlət büdcəsinin vəsaitinin 50 faizi təhsilə ayrılır. Dövlət bundan sonra da bu sahəyə böyük diqqət ayıracaq. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğanın sözlərinə görə, hökumətin prioritetlərindən biri təhsilə dəstək verilməsidir.
"Türkiyə bundan sonra da çalışacaq ki, təhsil sahəsində qabaqcıl dövlətlərdən biri olsun", - Baş nazir vurğulayıb.