...

Azərbaycanda daha çox İT sahəsi üzrə terminlərin qarşılığının müəyyənləşdirilməsinə ehtiyac var

Cəmiyyət Materials 12 Oktyabr 2012 12:55 (UTC +04:00)
Azərbaycanda daha çox informasiya texnologiyaları sahəsi üzrə terminlərin qarşılığının müəyyənləşdirilməsinə ehtiyac var.
Azərbaycanda daha çox İT sahəsi üzrə terminlərin qarşılığının müəyyənləşdirilməsinə ehtiyac var

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda daha çox informasiya texnologiyaları sahəsi üzrə terminlərin qarşılığının müəyyənləşdirilməsinə ehtiyac var. Bunu cümə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, digər sahələr üzrə terminlər artıq dilimizdə öz yerini tutub. Amma informasiya texnologiyaları sahəsi yeni inkişaf etdiyi üçün bu sahə üzrə terminlərin qarşılığının müəyyənləşdirilməsi zərurəti yaranıb.

Sadıqova bildirib ki, belə terminlər həmin sahələrin mütəxəssisləri tərəfindən müəyyənləşdirilməlidir. Daha sonra isə onlar müzakirə üçün Terminologiya Komissiyasına təqdim edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti