...

Ombudsman Ədliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə müraciət edib

Cəmiyyət Materials 17 Oktyabr 2012 18:33 (UTC +04:00)
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə uzunmüddətli (iki günlük) başçəkmə həyata keçiriblər.
Ombudsman Ədliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə müraciət edib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə uzunmüddətli (iki günlük) başçəkmə həyata keçiriblər.

Ombudsman Aparataından Trend-ə verilən məlumata görə, müəssisənin bütün obyektlərinə baxış keçirilib, orada saxlanılan 40-dək məhkum konfidensial şəraitdə qəbul edilib. Məhkumlar rəftar və saxlanılma şəraitindən şikayət etməyiblər.

Əvvəlki başçəkmələr zamanı verilən bir sıra tövsiyələr də nəzərə alınmışıdır.

Burada məhkum yataqxanalarının 8-dən 5-nin döşəməsi taxta ilə əvəz olunub, cərimə təcridxanasının şəraiti müasir tələblərə uyğunlaşdırılıb, artıq çarpayılar kameralardan çıxarılıb, klubda yeni skamyalar quraşdırılıb, yeni kompüter kursları açılıb və hamamda duşların sayı artırılıb.

Eyni zamanda, araşdırma aparılarkən müəssisənin yataqxanalarından üçünün döşəmələrinin hələ də daşdan olduğu, habelə müəssisədə məhkumların ailələri ilə əlaqə saxlamaları üçün telefonların sayının az olduğu, bəzi məhkumların əlillik dərəcəsi almaları ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına müraciətlərinin nəticəsiz qaldığı müəyyən edilib.

Müvəkkil başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə, eyni zamanda, məhkumların Tibbi Sosial Ekspert Komissiyasına müraciətlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti