...

Azərbaycanda hakimin köməkçisi, məhkəmə iclasının katibi olmaq istəyənlər üçün yeni tələblər müəyyənləşib

Cəmiyyət Materials 24 Oktyabr 2012 11:57 (UTC +04:00)
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "İnzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri"nin təsdiq edilməsi barədə" qərarına hökumət dəyişiklik edib.
Azərbaycanda hakimin köməkçisi, məhkəmə iclasının katibi olmaq istəyənlər üçün yeni tələblər müəyyənləşib

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda məhkəmə hakiminin köməkçisi, məhkəmə iclasının katibi olmaq istəyənlər üçün yeni tələblər müəyyənləşib

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "İnzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri"nin təsdiq edilməsi barədə" qərarına hökumət dəyişiklik edib.

Həmin dəyişikliyə görə, şərtlərdə 6-9-cu təsnifat 5-7-ci təsnifat adlandırılır.

Həmçinin, inzibati vəzifələrin 5-ci və 6-cı təsnifatına daxil olan hakimin köməkçisi, məhkəmə iclasının katibi olmaq istəyənlər müvafiq ali təhsilə malik olmalıdırlar və iş stajı tələb olunmur.

Bu namizədlər Konstitusiyanı, "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları bilməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti