...

Erməni gənclərin gələcəyi dumanlıdır

Cəmiyyət Materials 14 Noyabr 2012 12:45 (UTC +04:00)
Azərbaycan gəncləri ilə aktiv iş hələ ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə başlandı.
Erməni gənclərin gələcəyi dumanlıdır

Seymur Orucov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri

Azərbaycan gəncləri ilə aktiv iş hələ ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə başlandı. Hələ o zaman gənclər hərəkatına Milli Olimpiya Komitəsinə rəhbərlik edən hazırkı Prezident İlham Əliyev başçılıq etməyə başladı. Gənclərin idman səviyyəsində inkişafı başlandı ki, bu da öz növbəsində düzgün idi, axı sağlamlıq və idman gənclərin inkişafının əsas prioritetlərindən biridir.

Daha sonra maarifləndirici səviyyədə hərəkat başlandı. Universitetlərin arasında müqavilələr imzalandı, Azərbaycan ali məktəblərinin Avropa İttifaqının TASİS və Erasmus Mundus layihələrində, MBA proqramlarında iştirakı fəallaşdı.
ABŞ-ın və Avropanın ən yaxşı ali təhsil müəssisələrində azərbaycanlıların keyfiyyətli təhsili üçün baza yaradıldı. Həmçinin yerli - həm dövlət, həm də özəl universitetlər güclənməyə başladı. Orta təhsil sahəsində də analoji tendensiya müşahidə olunurdu. Buna nümunə kimi Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda çoxsaylı qələbələrini göstərmək olar.
Dövlət gənclər təşkilatlarına da diqqət ayırmağa başladı.

Artıq yeni evlənənlərə qonşu respublikalarla müqayisədə əhəmiyyətli dərədə aşağı faiz dərəcələri ilə kreditlə mənzillər verilir. Bir çox vəzifələrə getdikcə daha çox gənc kadrlar təyin olunur.

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən sonra ölkədə yüz minlərlə iş yeri yaradıldı və onlardan əsasən gənclər istifadə edirlər.

Gənclərin inkişafı üzrə işlər indi də davam edir. Əlbəttə, hələ çox iş görmək lazımdır. Amma bəzi "xadimlər" tərəfindən bu istiqamətdə fəaliyyətsizlik haqqında fikirlər yürüdülür. Bu mənə Qurandan "Unutqanlıq insana xasdır" ayəsini xatırladır.
Çünki "insan" sözünün digər mənası "nisyan", yəni "unutmaq"dır. Mən hələ bu cür "xadimlər" haqqında yumuşaq düşünüb unutduqlarını deyirəm. Qəsd ilə qaralama məqsədi daşıdıqlarını bir kənara qoyuram. Amma mən onlar unutmasınlar deyə nümunə olaraq qonşu, düşmən Ermənistandakı gənclərin vəziyyətini göstərməyə qərar verdim. Riyaziyyatçıların dediyi kimi, orada gənclər koordinat düz xəttin başlanğıcından mənfi tərəfdədirlər. Maraqlı tərəfi qıcıqlandırmamaqdan ötrü mən erməni gənclərinin dilindən danışacağam.

Bir neçə gün əvvəl Ermənistan Gənclər Klubları Federasiyasının sədri Atom Mxitaryan Ümumdünya Gənclər Gününə həsr olunmuş mətbuat konfransında deyib: "Ermənistanda işsizliyin göstəricisi çox yüksəkdir və həmçinin işsizlər arasında gənclərin xüsusi çəkisi əhəmiyyətli dərəcədədir. Erməni gənclərin təhsillə bağlı problemləri var. Təhsil sahəsində problemlər yalnız vəsait çatışmazlığı ilə deyil, həm də gənclərin məlumatsızlığı ilə bağlıdır. Gənclərin xeyli hissəsi bu və ya digər ixtisasların mövcudluğundan xəbərdar deyillər. Problemlərin bu zəncirinin həlli üçün dövlət dəstəyinin səviyyəsi olduqca aşağıdır. Əgər statistikaya baxılarsa, onda qeyd etmək asandır ki, ərdə olan erməni qızların orta yaşı - 23,5, kişilərdə - 27,5 ildir. Cütlüklər mənzil olmadan ailə qurmaq barədə qərar vermirlər. Bu, əlbəttə, ölkədə ümumi demoqrafik vəziyyətə təsir edir, Əhalinin son siyahıya alınması rəqəmləri bunu sübut edir".

Ermənistanın gənclər təşkilatlarından birinin liderinin sitatını dəhşətli rəqəmlərlə davam etdirmək olar: ölkədən ermənilərin kütləvi köçü, iqtisadi tənəzzül yox, hətta iflas, təhsilin aşağı səviyyəsi və bir çox başqa şeylər. Ölkə iqtisadiyyatı ABŞ-dan erməni diasporunun sədəqəsi hesabına yaşayır.
Belə bir qeyri-korrekt müqayisəyə görə məni qınayanlarla da razılaşa bilərəm. İndi hər bir əcnəbi qonşu respublikada iqtisadi, daha doğrusu "qeyri-iqtisadi" vəziyyətindən şikayətlənir, bunun tam əksinəsi, biz hamımız artıq bir çox sahələrdə Azərbaycandakı inkişafla bağlı əcnəbilərin təəccübünü görməyə artıq öyrəşmişik. Amma hesab edirəm ki, bəzən keçilmiş yolun haqqını vermək və vəziyyətin real qiymətləndirilməsi üçün ətrafa baxmaq da faydalı olardı.

Sözümü Prezidentimizin bu yaxınlardakı iclasda dediyi sözlərlə bitirəcəyəm. Bəzən yaddaşı kütləşənlərin onların üzərində düşünməsinə dəyər: "Bu yaxınlarda mənə kənardan demişdilər ki, sizin ölkəniz inkişafın sürətini bir az azalda bilərmi? Çünki bu, bəzi dairələr üçün diskomfort yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti