...

Azərbaycan sinoptiklərinin vədi

Cəmiyyət Materials 20 Noyabr 2012 13:48 (UTC +04:00)
Sabah Bakı və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək.
Azərbaycan sinoptiklərinin vədi

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakı və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal, şimal-şərq küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11, gündüz 11-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 21-də bəzi yerlərdə duman, çiskin olacağı, cənub rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 12-17, dağlarda gecə 0-3, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti