Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Təhsil Nazirliyinin Akkreditasiya Komissiyası bir neçə orta ümumtəhsil müəssisəsini akkreditasiyadan keçirib.
Nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, komissiya Bakı şəhər 164 nömrəli tam orta məktəb, Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey və Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin fəaliyyətinin "yaxşı", Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fəaliyyətinin isə "kafi" qiymətləndirib.
Komissiya qeyd olunan təhsil müəssisələrinin akkreditə olunması barədə qərar qəbul edilib.