...

Azərbaycan və Litvanın Kənd Təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanacaq

Cəmiyyət Materials 17 Yanvar 2013 10:00 (UTC +04:00)
İsmət Abasov Ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə “Beynəlxalq Yaşıl Həftə” sərgisində və kənd təsərrüfatı nazirlərinin 5-ci Berlin Sammitində iştirak etmək məqsədi ilə yanvarın 16-27-də Berlində səfərdədir.
Azərbaycan və Litvanın Kənd Təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanacaq

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Azərbaycan və Litvanın Kənd Təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanacaq. Bu barədə Trend-ə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mıətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazir İsmət Abasov Ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə "Beynəlxalq Yaşıl Həftə" sərgisində və kənd təsərrüfatı nazirlərinin 5-ci Berlin Sammitində iştirak etmək məqsədi ilə yanvarın 16-27-də Berlində səfərdədir.

Səfər çərçivəsində Abasov "Yaşıl Həftə" sərgisinin açılış mərasimində iştirak edəcək, Azərbaycanın ölkə pavilyonu ilə tanış olacaq, həmçinin Azərbaycanın Berlindəki səfirliyində təşkil ediləcək aqrar forumda iştirak edəcək.

Nazirin almaniyalı həmkarı xanım İlze Ayqnerlə, "Yaşıl Həftə" layihəsinin rəhbəri Lars Yegerlə, Estoniyanın kənd təsərrüfatı naziri Helir Valdor Seederlə və digər görüşləri nəzərdə tutulur.

Səfər müddətində Litvanın kənd təsərrüfatı naziri Viqiliyus Juknanın dəvəti ilə Litvanın stendində təşkil edilən qəbulda nazirliklərarası əməkdaşlıq haqqında beynəlxalq saziş imzalanacaq.

Nazir İsmət Abasov Azərbaycan səfirliyində 20 Yanvar ümumxalq hüzn günü ilə əlaqədar təşkil olunacaq tədbirdə iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti