...

Rəsmi açıqlama: "Binə" ticarət mərkəzində keçirilən aksiya ilə bağlı cinayət işi açılıb

Cəmiyyət Materials 19 Yanvar 2013 18:01 (UTC +04:00)
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılmış, istintaq aparılır
Rəsmi açıqlama: "Binə" ticarət mərkəzində keçirilən aksiya ilə bağlı cinayət işi açılıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsi "Binə" ticarət mərkəzində keçirilən aksiya ilə bağlı birgə məlumat yayıb.

Trend-ə daxil olan məlumatda deyilir ki, yanvarın 19-da Qaradağ rayonu ərazisindəki "Binə" ticarət mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar mərkəzin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib və nəqliyyatın hərəkətini iflic ediblər.

İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə xəbərdarlığa məhəl qoymayan aksiya iştirakçıları polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstəriblər. Nəticədə 10 əməkdaşa müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, bir neçə xidməti avtomobilə isə ziyan vurulub.

Əraziyə cəlb olunmuş asayişi mühafizə qüvvələrinin gördüyü qətiyyətli tədbirlərlə ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınıb.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti