...

İİN-in Telefon Məlumat Mərkəzinə bir ay ərzində 400-ə yaxın müraciət daxil olub

Cəmiyyət Materials 22 Yanvar 2013 09:55 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 2012-ci ilin dekabr ayı ərzində 370-dən çox müraciət daxil olub.
İİN-in Telefon Məlumat Mərkəzinə bir ay ərzində 400-ə yaxın müraciət daxil olub

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 2012-ci ilin dekabr ayı ərzində 370-dən çox müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.

Ümumilikdə isə, İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 17 mindən çox müraciət edilib.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti