...

AMEA İnsan Hüquqları İnstitutu müsabiqə elan edir

Cəmiyyət Materials 28 Yanvar 2013 17:12 (UTC +04:00)
AMEA İnsan Hüquqları İnstitutu 15 illiyi münasibətilə müsabiqə elan edir.
AMEA İnsan Hüquqları İnstitutu müsabiqə elan edir

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

AMEA İnsan Hüquqları İnstitutu 15 illiyi münasibətilə müsabiqə elan edir.

Müsabiqənin keçirilməsində başlıca məqsəd AMEA İnsan Hüquqları İnstitutu tərəfindən Azərbaycan Respublikasının hüquqi və demokratik inkişaf yoluna dəstək vermək, insan hüquqları sahəsində uğurlu araşdırmaları və nəticələri ilə fərqlənən gəncləri üzə çıxarıb onlara səmərəli şərait yaratmaqdır.

Müsabiqə İnsan Hüquqları İnstitutunun Elmi Şurası tərəfindən qiymətləndiriləcək.

Müsabiqədə iştirak etmək üçün namizədlər öz məqalələrini və şəxsi əlaqə vasitələrini iyulun 30-dək aşağıdakı istiqamətlər üzrə AMEA İnsan Hüquqları İnstitutuna təqdim edə və ya elektron ünvana ([email protected]) göndərə bilərlər.

Müsabiqəyə aşağıdakı iki istiqamət üzrə məqalələr qəbul olunur:

1. "Qloballaşma dövründə insan hüquqları"
2. "Dağlıq Qarabağ münaqişəsi: pozulmuş hüquqlar"

Müsabiqədə birinci, ikinci və üçüncü yer üçün müvəffəqiyyət qazanmış şəxslərə müvafiq olaraq 2000 AZN, 1000 AZN və 500 AZN məbləğində pul mükafatı veriləcək. Həmçinin, qaliblər İnstitutun 15 illiyi münasibətilə hazırlanmış buklet və diplomla da təltif olunacaq.

Müsabiqəyə namizədlər tərəfindən təqdim edilmiş bütün məqalələr toplu şəklində dərc ediləcək.

Ünvan: 1143, Azərbaycan, Bakı, H.Cavid pr., 31 (Akademiya şəhərciyi)
Telefon: + (994 12) 537 20 80; 537 20 73
Fax: + (994 12) 537 20 79
Email: [email protected]
Sayt: www.ihr-az.org

Məqalədə:
Xəbər lenti

Xəbər lenti