...

AMEA alimlərin mənzil problemlərini yenidən ölkə rəhbərliyi qarşısında qaldıracaq

Cəmiyyət Materials 14 Mart 2013 17:02 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlərin mənzil problemləri məsələsini yenidən ölkə rəhbərliyi qarşısında qaldırmaq fikrindədir.
AMEA alimlərin mənzil problemlərini yenidən ölkə rəhbərliyi qarşısında qaldıracaq

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlərin mənzil problemləri məsələsini yenidən ölkə rəhbərliyi qarşısında qaldırmaq fikrindədir. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alimlər şuralarının sədrləri ilə görüşündə AMEA-nın prezident əvəzi Akif Əlizadə deyib.

Onun sözlərinə görə, ancaq alimlərin mənzil problemlərini həll edə biləcəyini söz vermir.

"Mən buna söz verə bilmərəm. Görək, bu məsələni necə və nə vaxt həll edə bilərik", - Əlizadə əlavə edib.

O qeyd edib ki, AMEA-nın Bakıdakı torpaq sahəsində alimlər üçün binanın tikilməsini çox istəyir. Hər hansı tikinti şirkəti binanın tikintisini münasib qiymətə apara və oradan da ehtiyacı olan alimlərə mənzil paylanıla bilər.

Əlizadə Sovet dövründə alimlərin mənzil təminatı üçün istifadə edilən təcrübədən yararlanmağı da vacib hesab edir. Onun sözlərinə görə, Sovet dövründə mənzil almaq istəyən alimlərin də növbəsi yaranırdı.

"Məsələn, elə yalnız Geologiya İnstitutunda 50-70 nəfər mənzil növbəsində dayanmışdı. Ancaq o zaman AMEA-nın özünün tikdirdiyi binalardan əlavə, Bakı Şəhər İcra Hakimiyyətinin tikdirdiyi xüsusi binalardakı mənzil fondlarının 10 faizi də AMEA-nın olurdu. Mənə də elə həmin fonddan mənzil verildi. İndi şərait daha yaxşıdır. Mənə elə gəlir ki, ölkə rəhbərliyinə belə bir təklif verilsə, bununla bağlı bir tədbir görüləcək", - AMEA-nın prezident əvəzi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti