...

Sabahdan sınaq imtahanlarına yazılış başlayır

Cəmiyyət Materials 27 Mart 2013 11:16 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprel ayının 7-də keçiriləcək sınaq imtahanlarına yazılışın aparılmasına sabahdan başlayır.
Sabahdan sınaq imtahanlarına yazılış başlayır

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 7-də keçiriləcək sınaq imtahanlarına yazılışın aparılmasına sabahdan başlayır. Komissiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, sınaq imtahanlarına yazılış sabah saat 9:00-dan etibarən aparılacaq.

Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər "Azercell", "Bakcell" və "Nar Mobile" nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Balansdan 3 manat 54 qəpik məbləğ çıxılacaq.

Virtual ödəmə kartlarını, həmçinin "Goldenpay", "Azericard" və "Netmoney" kartları vasitəsilə on-line ödəniş həyata keçirməklə əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti