...

Azərbaycanın əksər ərazilərində hava çiskinli olacaq

Cəmiyyət Materials 27 Mart 2013 12:31 (UTC +04:00)
Sabah Azərbaycanın əksər ərazilərində hava çiskinli olacaq.
Azərbaycanın əksər ərazilərində hava çiskinli olacaq

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın əksər ərazilərində hava çiskinli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan çərşənbə günü Trend-ə bildirib ki, martın 28-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, səhər və axşam ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Gecəyə doğru havanın tutulacağı, yarımadanın bəzi yerlərində çiskinli olma ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 11-16 dərəcə isti olacaq.

Martın 28-də Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Axşam Böyük Qafqazın bəzi yerlərində az yağıntının olacağı ehtimalı var. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9, bəzi yerlərdə 12 dərəcəyədək isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti