31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

Azərbaycan, Bakı, 31 mart /Trend/

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım da tarixin açılmamış səhifələrindən biridir.

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqaz tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlar 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün siyasi-hüquqi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişdilər.

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər evlərə od vurub insanları diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət ayrıldı. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci il mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırım və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Erməni millətçilər öz havadarlarının köməyi ilə 1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda, onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalqı"nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.

XX əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulurdu. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilirdi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməmiş qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verirdi.

Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılırdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalırdı.

Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-cı illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiyməti vermədi.

1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın, əslində, bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldı.

1992-ci ilin fevral ayında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməmiş divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı.

Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq, bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarlar tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınıb çadırlarda yaşamağa məhkum edilmişdi. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olub, xəsarət alıb.

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

Gəlir və xərclərinin uçotunu aparan şəxslərə vergi güzəştinin tətbiqi ilə bağlı dəyişiklik edilib
Gəlir və xərclərinin uçotunu aparan şəxslərə vergi güzəştinin tətbiqi ilə bağlı dəyişiklik edilib
Əli Əsədovun sədrliyi ilə ərzaq təhlükəsizliyi və qiymət artımına dair müşavirə keçirilib (FOTO)
Əli Əsədovun sədrliyi ilə ərzaq təhlükəsizliyi və qiymət artımına dair müşavirə keçirilib (FOTO)
Azərbaycan məhsulları Beynəlxalq Qida və İçki Sərgisində nümayiş olunur (FOTO)
Azərbaycan məhsulları Beynəlxalq Qida və İçki Sərgisində nümayiş olunur (FOTO)
Loading Bars
Xəbər lenti
Paraqvayın prezidenti koronavirusa yoluxub
Türkiyədə neft boru kəmərində partlayış baş verib
Avropada COVID-19 peyvəndinin dördüncü dozası immuniteti zəif insanlar üçün tövsiyə edilib
Fransada sutka ərzində koronavirusa yoluxanların sayında antirekord yenilənib
Nyu-Yorkda binada partlayış nəticəsində 1 nəfə ölüb, 9 nəfər yaralanıb
ÜST rəhbəri koronavirusun yeni ştammlarının yaranma ehtimalını mümkün sayır
İsrail prezidenti Hersoq Türkiyəyə gələ bilər - Ərdoğan
ABŞ Şimali Koreyaya təzyiqi artırmaq niyyətindədir
MDU-da “20 Yanvar: Milli tariximizi azadlıq yoluna çıxaran dönüş nöqtəsi” mövzusunda seminar keçirilib (FOTO)
Azərbaycan XİN fransalı nazirin Milli Assambleyadakı çıxışına cavab verib
Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin prezidentliyə namizədinin iddialarına cavab verib
Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - Prokurorluq
Goranboy sakini minaya düşdü, ayağı amputasiya edildi
Dünyada həftə ərzində 18 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb
İsveç hökuməti ölkəyə daxil olanlardan PSR testi tələb etməyəcək
DGK və Böyük Britaniyanın Milli Cinayət Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
H.Z.Tağıyevin xeyriyyəçilik və maariçilik fəaliyyəti, onun mənəvi zənginliyinə baxış - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib
Cənub-qərb küləyi güclənib - FAKTİKİ HAVA
Media Təhlil Mərkəzi Azərbaycanda ekoloji vəziyyətlə bağlı sorğu keçirib
Gəlir və xərclərinin uçotunu aparan şəxslərə vergi güzəştinin tətbiqi ilə bağlı dəyişiklik edilib
İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb (FOTO)
Əli Əsədovun sədrliyi ilə ərzaq təhlükəsizliyi və qiymət artımına dair müşavirə keçirilib (FOTO)
Baş Qərargah rəisi HHQ-də toplanışın gedişatını izləyib (FOTO)
AGF-nin Ümumi Yığıncağı keçirilib (FOTO)
BSU-da 20 Yanvar faciəsinin qurbanları anılıb (FOTO)
Xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulan şəxslər məsuliyyətə cəlb ediliblər
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 930 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edildi
Bakıda alpinist kəndiri ilə 2 milyon manatlıq oğurluq edənlərin növbəti məhkəməsi davam olub
DİN-də ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib (FOTO)
Azərbaycan məhsulları Beynəlxalq Qida və İçki Sərgisində nümayiş olunur (FOTO)
2021-ci ildə cinayət hadisələrinin sayı azalıb
Ötən il 268 kriminal qrup zərərsizləşdirilib
Ötən il dövlət qurumları üzrə 31 mindən çox cinayət qeydə alınıb - Vilayət Eyvazov
ARDNF-nin ötən il üzrə gəlir və xərcləri açıqlandı
OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
Müstəqilliyimiz əbədidir, torpaqlarımız azaddır, şəhidlərimizin ruhu şaddır (FOTO)
Qış Olimpiya yığmamızın bayraqdarı müəyyənləşdi
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb (FOTO)
Aqrar Sığorta Fondu tərəfindən ötən il yığılan sığorta haqqının məbləği açıqlanıb
Yanvarın 19-na USD/AZN rəsmi məzənnəsi
Feministlər ailəmdə problem yaratdı - Arvadını öldürən şəxs
Rəqəmsal İnnovasiyalar Mərkəzinə yeni rəhbər təyin olundu
Lənkəran sakinləri silahla saxlanılıb
Narkotik tərkibli həblər satan Qazax sakini saxlanıldı
Milli parklarda qayda pozuntusuna görə bir neçə vəzifəli şəxs cəzlandırılıb
Xəzərdən uzunluğu 3 metr, çəkisi 210 kiloqram olan balıq tutulub (FOTO)
Qəbələdə ətraf mühiti çirkləndirən 8 nəfər cərimələnib
Bağça müdirləri və işçilərin əmək müqaviləsinin müddəti uzadılıb
Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları şəhidin dəfn mərasimində iştirak ediblər
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tədbir keçirilib (FOTO)
Region hotellərində milli ulduz təsnifatı ilə əlaqəli təlimlərə start verilir
Azərbaycan və Türkiyənin tarixi birliyi gələcək nəsillərə miras qalacaq - Səfir (FOTO)
Yelo Bank-la mənzil sahibi olun
Magistral neft kəmərləri ilə nəql edilən neftin həcmi açıqlanıb
Özəl sektordan vergi daxilolmaları 24 faiz artıb
Xalq Bankın ödəniş kartları ilə səyahət daha sərfəlidir!
Sonuncu Amnistiya aktı ilə azadlığa buraxılanların sayı açıqlandı - RƏSMİ
Bakıda bir neçə məşhur restoranda kobud pozuntular aşkarlanıb
Bakı sakinləri Hacı Zeynalabdin Tağıyevə verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə təşəkkür edib (FOTO/VİDEO)
Azad olunan ərazidə işləyən şəxsdən narkotik aşkarlandı
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Bolqarıstan nümayəndə heyəti ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev: Bu gün nəinki Azərbaycanda, Cənubi Qafqazda ən böyük xeyriyyəçi Heydər Əliyev Fondudur
2021-ci ildə Azərbaycanda ən çox qeydə alınan xəstəliklər məlum olub
Məzənnə də azalacaq, faiz də - Ərdoğan
Azərbaycanın Qarabağ ərazisinə icazəsiz səfər Pekres üçün hüquqi məsuliyyət yaradır - Sevil Mikayılova
Polisin məqsədi pandemiya dövründə vətəndaşı cərimə etmək deyil - Elşad Hacıyev (MÜSAHİBƏ) (VİDEO)
Azad edilmiş ərazilərdə minalar ən çox bu sahələrdə basdırılıb
Metroda gediş haqqı artacaq? - AÇIQLAMA
Prezident İlham Əliyev: Zeynalabdin Tağıyev yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərməklə gələcəyi düşünürdü
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bakıda parklanmanın idarə edilməsi layihəsinə start verildi
Ötən il Azərbaycanda nə qədər uşaq doğulub? - RƏSMİ
İdarədə həyat yoldaşını güllələyən polisin məhkəməsi başladı
Mən Qazaxıstanın paytaxtında istirahətdəyəm - Nazarbayev
Azərbaycan əhalisinin sayı açıqlanıb
2021-ci ilin sosial-iqtisadi nəticələri və inkişaf perspektivləri müzakirə olunub
İranda sutka ərzində koronavirusa yoluxanların sayı yenidən artır
Prezident İlham Əliyev: Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır
Yanvarın 28-dən "AzərSpace" üzərindən yayım HD formata keçiriləcək
Prezident İlham Əliyev: Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi
2022-ci ilin ilk “Startap” şəhadətnamələri sahibkarlara təqdim edilib
Azad edilmiş ərazilərə avtobus bileti alarkən COVID pasportu tələb olunacaq? - AÇIQLAMA
20 Yanvar gününü xalqımız birliyimizi təcəssüm etdirən qürurlu tarixin ildönümü kimi qeyd edir - Dini konfessiya rəhbərləri
Xaricdə yaşayan narkotacirlər üçün narkokuryerlik edən 6 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qrafik dizaynerlərin işini asanlaşdıracaq vebsaytlar
Avropa Parlamentinə yeni sədr seçilib
Uşaq bağçalarının Təhsil Nazirliyinə təhvil verilmə prosesi davam edir - RƏSMİ
Bu gün Yerin yaxınlığından asteroid keçəcək
Bərdədə sənədsiz silahlar müsadirə olunub
ANAMA-nın sədr müavini təmizləmə əmliyyatlarının aparıldığı sahələr üzrə əraziləri açıqlayıb (ÖZƏL)
İğdır-Naxçıvan qaz kəməri layihəsinin büdcəsi açıqlanıb
Sabah Moskvada Rusiya və İran prezidentlərinin görüşü olacaq
20 Yanvar günü metronun 3 stansiyası gücləndirilmiş rejimdə işləyəcək
Rusiyada bir gündə 31 mindən çox şəxs koronavirusa yoluxub
Millət vəkili Könül Nurullayeva uşaq-gənclər inkişaf mərkəzlərinə baş çəkib (FOTO)
Biznes vebsaytınızın fiziki serverə niyə ehtiyacı olduğunun 5 səbəbi
Sabah hava necə olacaq?
Bütün xəbərlər