...

Ananın məhbus oğluna 7 ədəd mobil telefon vermək istəyi baş tutmadı

Cəmiyyət Materials 22 Aprel 2013 20:46 (UTC +04:00)
Penitensiar Xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Ananın məhbus oğluna 7 ədəd mobil telefon vermək istəyi baş tutmadı

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Penitensiar Xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 22.04.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1986-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1; 181.2.2; 181.2.5; 28; 181.2.1; 28; 181.2.2; 28; 181.2.5; 234.1; 66.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qismət Tahir oğlu Səfərovun yanına qısamüddətli görüşə gəlmiş anası vətəndaş Sevda Sözəli qızı Səfərovanın gətirdiyi sovqata baxış keçirilən zaman əşyaların arasında xüsusi üsulla yapışqanla sarınmış bükülüdə 5 (beş) ədəd "Nokia" markalı, 1 (bir) ədəd "Blackberry" markalı, 1 (bir) ədəd "M 3 KenxinDa" markalı mobil telefon aparatları, 1 (bir) ədəd elektrik qidalandırıcısı, 1 (bir) ədəd elektrik qidalandırıcısının ehtiyat hissəsi, 2 (iki) ədəd blutuz-qulaqcıq, 3 (üç) ədəd qulaqcıq, 5 (beş) ədəd elektrik qidalandırıcısının kəsilmiş uc hissələri, 6 (altı) ədəd mobil telefon danışıq kartı və 3 (üç) ədəd yaddaş kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti