...

Səhiyyə Nazirliyi Sumqayıtda şagiridin ölüm səbəbini müəyyənləşdirir

Cəmiyyət Materials 13 May 2013 18:10 (UTC +04:00)
Bu gün səhər saatlarında Sumqayıt şəhərində dərs zamanı dünyasını dəyişmiş şagirdin ölüm səbəbinin müəyyən olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şöbəsində tibbi ekspertiza aparılır.
Səhiyyə Nazirliyi Sumqayıtda şagiridin ölüm səbəbini müəyyənləşdirir

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İsabalayeva/

Bu gün səhər saatlarında Sumqayıt şəhərində dərs zamanı dünyasını dəyişmiş şagirdin ölüm səbəbinin müəyyən olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şöbəsində tibbi ekspertiza aparılır. Bu barədə bazar ertəsi Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu gün səhər saat 08:00-da Sumqayıt Şəhər Təcili Tibbi Yardım Stansiyasına 8-ci mikrorayondakı 17 saylı orta məktəbin şagirdi, 1996-cı il təvəllüdlü İlyasov Azad Tariyel oğluna yardım göstərilməsi üçün çağırış edilib.

Nazirlikdən həmin şəxsin qaçış zamanı dünyasını dəyişdiyi bildirilib. Ölümün səbəbləri isə tibbi ekspertizanın nəticələri bəlli oludqdan sonra bilinəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti