Azərbaycan, Bakı, 23 may /Trend/
Dünyanın ən böyük dörd beynəlxalq tütün şirkəti aksizli istehlak mallarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmaq üçün birgə ittifaq yaradıb.
"British American Tobacco", "Imperial Tobacco Group", "Japan Tobacco International" və "Philip Morris International" hökumətlərə qaçaqmalçılıq, saxtalaşdırma və vergidən yayınma ilə mübarizədə kömək etmək üçün beynəlxalq standartlar və rəqəmsal texnologiyaları təbliğ etmək məqsədi ilə bugün Rəqəmsal Kodlaşdırma & İzləmə Assosiasiyasını (RKİA) yaradıblar.
RKİA beynəlxalq təchizat zəncirlərinin təminatı sahəsində sənayenin kollektiv təcrübəsinə və saxta məhsulu orijinaldan ayırmaq üçün müasir inkişaf edən texnologiyalara əsaslanır.
Siqaret və spirtli içkilərin qanunsuz ticarətinin aradan qaldırılması beynəlxalq əməkdaşlıq, həmçinin gömrük, sərhəd və vergi orqanlarının işçilərinə kömək üçün bunları həyata keçirən cinayətkarlara qarşı mübarizədə ağıllı alətlər tələb edir. RKİA bu məqsəd üçün Codentify® texnologiyasına əsaslanan yoxlanılmış, təhlükəsiz və səmərəli həll təklif edir.
Codentify® hökümətlərə tütünün qanunsuz ticarətini aradan qaldırılmaq üçün vergi gəlirlərini qorumaq, daşımaların qanuniliyini yoxlamaq və Ümumdünya Səhiyyə Təşkilatının protokolları da daxil olmaqla, beynəlxalq normativ tələblərə cavab vermək üçün lazım olan bütün məlumatlara mobil telefon vasitəsi ilə tez və asan çıxış təklif edərək, rəqəmsal eraya sıçrayış edir.
RKİA-nın nümayəndəsi Pat Heneghan qeyd edib ki, bü günün qanuni təchizat zəncirləri qlobaldırlar, mürəkkəbdirlər və bir çox tərəfləri daxil edirlər. Qanunsuz malların dövriyyəsi ilə məşğul olan cinayətkarların və terroristlərin təcrübəsinin birləşməsi, o deməkdir ki, milli hökümətlər bu təhlükəli və artan problemlə bağlı bir irəlləyiş əldə etmək istəyirlərsə, təchizat zəncirlərini qorumaq üçün son texnologiyalardan yararlanmalıdırlar.
"Dünyanın dörd ən böyük beynəlxalq tütün istehsalçıları hökümətlərə beynəlxalq qanunsuz ticarət üzrə iyirmi birinci əsrin həllini təklif etmək üçün Rəqəmsal Kodlaşdırma & İzləmə Assosiasiyasını qurmaq məqsədi ilə bir araya gəliblər."
Heneghan sonda deyib: "Biz əminik ki RKİA, bu çətin zamanda vergi gəlirlərini qorumaq üçün yollar axtaran hökümətlərə və qara bazardan gəlir qazanan cinayətkarları zərərsizləşdirməyə real təsir etmək üçün lazım olan texnologiya və təcrübə ilə təmin edə bilər."