...

Benilüks Azərbaycanlıları Konqresi lobbiçilik məsələləri ilə məşğul olacaq senatorluq institutu yaradıb

Cəmiyyət Materials 3 İyun 2013 07:10 (UTC +04:00)
Əsas ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) idarə heyətinin növbədənkənar toplantısı keçirilib.
Benilüks Azərbaycanlıları Konqresi lobbiçilik məsələləri ilə məşğul olacaq senatorluq institutu yaradıb

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Əsas ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) idarə heyətinin növbədənkənar toplantısı keçirilib.

Konqesdən Trend-ə verilən məlumata görə, yığıncaqda Azərbaycan həqiqətlərinin müxtəlif beynəlxalq təşkilatlara, habelə Benilüks məkanındakı ölkələrin ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlərdən danışılıb, bu sahədə işlərin təkmilləşdirilməsinin və yeni layihələrin reallaşdırılmasının vacibliyi qeyd olunub.

BAK-ın tərkibində ölkəmizə dair məlumatları operativ şəkildə çatdıran və lobbiçilik məsələləri ilə ciddi məşğul olan senatorluq institutunun yaradılması məqsədəuyğun hesab edilib.

Yeni institut Benilüks ölkələrində yaşayan azərbaycanlıları BAK ətrafında daha sıx birləşdirmək və onların fəaliyyətini istiqamətləndirmək məqsədi daşıyacaq, Avropa Parlamentində akkreditə olunan lobbiçilik qrupunun işinə lazımi dəstək verəcək, ən aktual məsələləri idarə heyətinin müzakirəsinə göndərəcək, qəbul olunan qərarların icrasına nəzarət edəcək və konqresin fəaliyyət istiqamətini müəyyənləşdirəcək.

Senatorluq institutunun 7 nəfərlik üzvü artıq öz vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Xəbər lenti

Xəbər lenti