...

Azərbaycanda qadınların müxtəlif fəaliyyət sahələri üzrə statistikası açıqlandı

Cəmiyyət Materials 19 İyun 2013 15:09 (UTC +04:00)
Hazırda dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi artaraq 28 faiz, qadın sahibkarların sayı isə 17 faiz olub.
Azərbaycanda qadınların müxtəlif fəaliyyət sahələri üzrə statistikası açıqlandı

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İzzət/

Hazırda dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi artaraq 28 faiz, qadın sahibkarların sayı isə 17 faiz olub.

Trend-in xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova "Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafiəsində və təbliğində rolu" mövzusunda keçirilən Ombudsmanların XI Bakı Beynəlxalq konfransının ikinci günündə çıxışı zamanı deyib.

O, qeyd edib ki, fəlsəfə elmləri namizədlərinin 50 faizi, bədən tərbiyəsi və idmanla məşğul olanların 40 faizi qadınlardır:

"Milli Məclisdə qadınların təmsilçiliyi 16 faizə qədər artıb. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 5 dəfə artıb və 27 faiz olub. 35 icra hakimiyyəti başçısının müavini qadındır. Bundan əlavə, Azərbaycanda Parlament sədrinin 3 müavinindən biri, Auditorlar Palatasının 3 müavinindən biri, bir Dövlət Komitəsinin sədri, bir Dövlət Komissiyasının sədri, 3 nazir müavini, İnsan Hüquqları üzrə Müvəkkil, Naxçıvanın Nazirlər Kabinetinin sədr müavini, Konstitusiya Məhkəməsinin sədr müavini qadındır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti