...

Taksim susmaq bilmir

Cəmiyyət Materials 20 İyul 2013 23:55 (UTC +04:00)
İstanbulda Gezi parkı etirazları zamanı tanış olan Nuray Çokol və Özgür Qayanın elə bu parkda evlənəcəklərini elan etmələrindən sonra bu axşam nümayişçilər Taksim meydanına toplaşmağa başlayıblar.
Taksim susmaq bilmir

Azərbaycan, Bakı, 20 iyul /Trend/

İstanbulda Gezi parkı etirazları zamanı tanış olan Nuray Çokol və Özgür Qayanın elə bu parkda evlənəcəklərini elan etmələrindən sonra bu axşam nümayişçilər Taksim meydanına toplaşmağa başlayıblar.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, bununla əlaqədar olaraq polis axşam saatlarından etibarən Gezi parkı və Taksim meydanına girişə icazə verməyib. Polis aksiyaçılara xəbərdarlıq edərək dağılışmağa çağırıb.

Çevik polis qüvvələri xəbərdarlığa rəğmən dağılmayan və Taksim meydanında gözləyən bir qrup şəxsi İstiqlal küçəsinə doğru sıxışdırıb. Lakin polis İstiqlal küçəsinin girişindən də ayrılmayan aksiyaçıları su şırnaqları vasitəsilə dağıdıb.

Hazırda polislə nümayişçilər arasında qarşıdurma davam edir.

Xəbər lenti

Xəbər lenti