...

Havalar mülayim keçsə də, əhali mövsümi problemlərlə üzləşir

Cəmiyyət Materials 26 İyul 2013 11:03 (UTC +04:00)
Yay mövsümü ilə əlaqədar 26 şəxs Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün vurması ilə bağlı müraciət edib, onlardan 11 nəfər xəstəxanaya yerləşdirilib.
Havalar mülayim keçsə də, əhali mövsümi problemlərlə üzləşir

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Yay mövsümü ilə əlaqədar 26 şəxs Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün vurması ilə bağlı müraciət edib, onlardan 11 nəfər xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib.

Şahmalıyevin sözlərinə görə, aprel ayından bəri 47 Bakı sakini həşərat sancması ilə stansiyaya müraciət edib ki, onlardan da 27 nəfəri xəstəxanaya yerləşdirilib.

Havaların yüksək hərarəti hər il Azərbaycanda ilan və əqrəblərin fəallaşmasına səbəb olur. Qeyd olunan müddət ərzində 14 nəfər ilan sanması ilə tibbi yardıma müraciət edib.

Daha ətraflı AZERNEWS onlayn qəzetinin 26 iyul çap buraxılışında oxuya bilərsiniz.

Yeni sayda, həmçinin oxucular Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda keçirilən XXVII Ümumdünya Yay Universiadasının qalibləri, mükafatçıları, onların məşqçiləri və respublikanın idman mütəxəssisləri ilə görüşü, Heydər Əliyev Fondu tərəfindən təşkil edilən Qəbələ V Beynəlxalq Musiqi Festivalının açılışı, Dövlət Neft Fondunun Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə 430 milyon dollar vəsait ayırması, Azərbaycanda 11 yeni dini icmanın qeydiyyata alınması, avqust ayında təşkil olunacaq Sarayevo film festivalında Azərbaycan sənədli filminin nümayiş etdirilməsi və digər maraqlı məqalələrlə tanış ola bilərlər.

AZERNEWS Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti