...

Avqustun ilk günü Azərbaycanda nisbətən sərin hava şəraiti davam edəcək

Cəmiyyət Materials 31 İyul 2013 12:27 (UTC +04:00)
Avqustun ilk günü Azərbaycanda nisbətən sərin hava şəraiti davam edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Avqustun ilk günü Azərbaycanda nisbətən sərin hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir M.Əliyev/

Avqustun ilk günü Azərbaycanda nisbətən sərin hava şəraiti davam edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 1-də hava şəraitinin əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Lakin axşam və gecə saatlarında şimşək çağacaq, qısamüddətli yağış yağacaq.

Havanın temperaturu gecə 17-22, gündüz 29-34 dərəcə, dağlıq ərazilərdə gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti