...

Ramil Usubov polis orqanlarına qəbul olunacaq namizədlərin sıra baxışında iştirak edib

Cəmiyyət Materials 2 Avqust 2013 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Avqustun 2-də Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar Daxili İşlər Nazirliyinin Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilib.

DİN-in mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib.

DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir 643 nəfərin düzüldüyü ayrı-ayrı kalonları gəzib, namizədlərin zahiri görünüşü, fiziki hazırlığının vəziyyəti, bilik səviyyəsi ilə maraqlanıb, bəzi irad və tövsiyələrini bildirib. R.Usubov ümumən sıra baxışından, namizədlərin hazırlıq səviyyəsindən razı qaldığını deyib. Tələb olunan parametrlərə uyğun gəlməyən 18 nəfər sıra baxışından kənarlaşdırılıb.

Xidmətə qəbul olunacaq namizədlərə gələcək çətin, eyni zamanda, şərəfli fəaliyyətlərində uğurlar arzulayan daxili işlər naziri əmin olduğunu bildirib ki, onlar Azərbaycan Polisinin ən yaxşı ənənələrini davam etdirərək qanunvericiliklə üzərilərinə düşən vəzifələri və ölkə Prezidenti tərəfindən qarşıya qoyulan bütün tapşırıqları yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətənə və xalqa sədaqətlə xidmət edəcək, sabitliyin etibarlı təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti