...

Azərbaycanda əmək müqaviləsi bağlanmış yaşı 65-ə çatmış müəllimlərin sayı açıqlanıb

Cəmiyyət Materials 6 Avqust 2013 16:38 (UTC +04:00)
Təhsil Nazirliyindən Trend-ə bildiriblər ki, yaşı 65-ə çatmış müəllimlərin qanunvericiliyə uyğun olaraq fəaliyyətini davam etdirib-etdirməməsi nazirliyin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə tənzimlənir.
Azərbaycanda əmək müqaviləsi bağlanmış yaşı 65-ə çatmış müəllimlərin sayı açıqlanıb

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanda əmək müqaviləsi bağlanmış yaşı 65-ə çatmış müəllimlərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən Trend-ə bildiriblər ki, yaşı 65-ə çatmış müəllimlərin qanunvericiliyə uyğun olaraq fəaliyyətini davam etdirib-etdirməməsi nazirliyin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə tənzimlənir.

Həmin əmrə uyğun olaraq, hazırda ümumtəhsil məktəblərində yaşı 65-i keçmiş 3200 müəllimlə əmək müqaviləsi bağlanıb.

Əmək Məcəlləsinə edilən dəyişikliklərə görə, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan şəxslər üçün yaş senzi 65 yaş həddində müəyyənləşdirilib. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir.

Dövlət orqanlarında dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 5 faizindən artıq ola bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti