...

TQDK kolleclərə qəbul olmaq istəyənlər üçün sənəd qəbulunun müddətini artırdı

Cəmiyyət Materials 15 Avqust 2013 12:16 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün sənəd qəbulunun müddəti uzadılıb.
TQDK kolleclərə qəbul olmaq istəyənlər üçün sənəd qəbulunun müddətini artırdı

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün sənəd qəbulunun müddəti uzadılıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsil müəssisələrinə ərizə qəbulunun son müddəti 16 avqust saat 11:00 dək uzadılıb. Abituriyentlərin ərizələri qeyd olunan vaxta qədər internet vasitəsilə doldurulmalı və təsdiq edilməlidir.

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu bu gün yekunlaşmalı idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti