...

Bakı havasında maraqlı hadisə: gecə və gündüz eyni temperatur müşahidə ediləcək

Cəmiyyət Materials 9 Sentyabr 2013 12:53 (UTC +04:00)
Sabah gecə və gündüz Bakıda eyni temperatur müşahidə ediləcək.
Bakı havasında maraqlı hadisə: gecə və gündüz eyni temperatur müşahidə ediləcək

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah gecə və gündüz Bakıda eyni temperatur müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 10-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə və gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 10-da əsasən Azərbaycanın bölgələrində arabir yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti