...

Bakıda "Nifrət Nitqinə Yox Hərəkatı" beynəlxalq gənclər forumu keçiriləcək

Cəmiyyət Materials 26 Sentyabr 2013 22:05 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası Avropa Şurası ilə birgə 26-29 sentyabr 2013-cü il tarixlərdə Bakıda “Nifrət Nitqinə Yox Hərəkatı” (“No Hate Speech Movement”) adlı beynəlxalq gənclər forumu təşkil ediləcək.
Bakıda "Nifrət Nitqinə Yox Hərəkatı" beynəlxalq gənclər forumu keçiriləcək

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası Avropa Şurası ilə birgə 26-29 sentyabr 2013-cü il tarixlərdə Bakıda "Nifrət Nitqinə Yox Hərəkatı" ("No Hate Speech Movement") adlı beynəlxalq gənclər forumu təşkil ediləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sabah tədbirin rəsmi açılış mərasimi olacaq.

Açılışda gənclər və idman naziri Azad Rəhimovun, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadənin, Avropa Şurası Təhsil və Təlim Komitəsinin sədri Rui Qomesin çıxış edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti