...

Ekologiya və təbii sərvətlər naziri Xaçmazda vətəndaşların qəbulunu keçirib (FOTO)

Cəmiyyət Materials 2 Oktyabr 2013 13:44 (UTC +04:00)
2013-cü il 2 oktyabr tarixində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xaçmaz rayonunda yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Xaçmaz, Quba, Qusar, Şabran, Xızı və Siyəzən rayonlarının vətəndaşları ilə görüşüb.
Ekologiya və təbii sərvətlər naziri Xaçmazda vətəndaşların qəbulunu keçirib (FOTO)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

2013-cü il 2 oktyabr tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Xaçmaz rayonunda yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Xaçmaz, Quba, Qusar, Şabran, Xızı və Siyəzən rayonlarının vətəndaşları ilə görüşüb. Bu barədə çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildirilib.

Görüşdə nazir H.Bağirovla birlikdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və bölgə rayonlarından olan 60-a yaxın vətəndaşın müraciətlərinə baxılıb.

Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə ilə bağli şikayət və təkliflər dinlənilib. Şikayət xarakterli müraciətlər qeydə alınaraq hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi, eyni zamanda aidiyyəti qurumlara çatdırılması üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib, vətəndaşları narahat edən bəzi məsələlər isə yerindəcə həllini tapıb.

Eyni zamanda, bəzi şəxslər tərəfindən şəxsi mahiyyət daşıyan müraciətlər edilib, onlara da müvafiq kömək göstərilməsi mümkün olacağı təqdirdə Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti