...

"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Cəmiyyət Materials 15 Oktyabr 2013 10:18 (UTC +04:00)
Oktyabrın 15-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend/

Oktyabrın 15-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.

Qəzetin bu sayında oxucular Beynəlxalq Valyuta Fondunun 2014-cü il üçün Azərbaycana dair inflyasiya proqnozları, yaxın gələcəkdə Azərbaycanın Gömrük İttifaqına qoşulma mümkünlüyü, BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasının TASIM layihəsini regional transsərhəd yerüstü xəttin əsas nümunəsi hesab etməsi, Londonun Cirque Du Soirun Buta Palace-də təşkil olunacaq şousu, Azərbaycanda Mayami festivalının qısa metrajlı filmlərini nümayişi, Azərbaycan və İranın təşəbbüsü ilə zorxananın Olimpiya oyunlarına daxil edilməsi, ilk azərbaycanlı velosipedçinin davam edən səyahət macəraları və digər maraqlı məqalələrlə tanış ola bilərlər.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti