...

Azərbaycanda 500 nəfərdən çox istedadlı əlil zona müsabiqələrinə qatılacaq

Cəmiyyət Materials 22 Oktyabr 2013 13:21 (UTC +04:00)
Artıq müsabiqənin Təşkilat komitəsinin və Münsiflər heyətinin tərkibi təsdiq edilib.
Azərbaycanda 500 nəfərdən çox istedadlı əlil zona müsabiqələrinə qatılacaq

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin noyabr ayının 3-cü ongünlüyündə Əlillərin VI Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin yekun turunun keçirilməsi nəzərdə tutulur. Bu barədə çərşənbə axşamı Trend-ə nazirlikdən daxil olan məlumatda deyilir.

Artıq müsabiqənin Təşkilat komitəsinin və Münsiflər heyətinin tərkibi təsdiq edilib.

Yekun turda iştirak edəcək istedadlı əlillərin müəyyən olunması üçün 8 bölgədə - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Sabirabad və Xaçmaz şəhərlərində zona müsabiqələrinin keçirilməsinə hazırlıq işləri aparılır. Respublikanın ayrı-ayrı bölgələrində yaşayan 506 nəfər istedadlı əlilin qeyd olunan zona müsabiqələrində iştirakı nəzərdə tutulur.
Onu da bildirək ki, baxış-müsabiqəsində əlillərin mahnı, muğam, rəqs , instrumental ifaçılıq, bəstəkarlıq, folklor yaradıcılığı, poeziya və bədii qiraət sahəsindəki istedadları nümayiş etdirəcəkdir.

Əlillərin VI Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin təşkilinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaxından köməklik göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti