Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyədə ən azı üç və daha çox uşağı olan ailələr vergi ödəmələrindən azad olunacaqlar. Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin maliyyə naziri Mehmet Şimşək 2014-cü il dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
Nəşrin məlumatına görə, gələn il Türkiyə büdcəsindən təhsilə 78,5 milyard lirə, aztəminatlı ailələrə sosial kömək üçün 30,4 milyard lirə ayrılıb.
Daha əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə doğum səviyyəsinin artırılmasına çağırıb.
Onun sözlərinə görə, bu türk millətinin dəstəklənməsi və inkişafı üçün əhəmiyyətlidir.