...

Müdafiə Nazirliyi Beyləqanda tankın qəza törətməsi barədə yayılan məlumatları təkzib edib

Cəmiyyət Materials 9 Noyabr 2013 17:50 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi Beyləqanda tankın qəza törətməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyi Beyləqanda tankın qəza törətməsi barədə yayılan məlumatları təkzib edib

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Azərbaycan Müdafiə Nazirliyi Beyləqanda tankın qəza törətməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətidən Trend-ə verilən məlumatda qeyd olunur ki, bəzi kütləvi informasiya vasitələrində Beyləqan rayonu ərazisində hərbi hissəyə məxsus tankın guya yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı məlumat yer alıb:

"Müdafiə Nazirliyi bildirir ki, bu məlumatın heç bir əsası yoxdur və xəbər dezinformasiya xarakteri daşıyır, o cümlədən tövsiyə edilir ki, hərbi xarakterli məlumatların yayılmasına həssaslıqla yanaşılmalıdır və dəqiqləşdirilmədən verilməsi məqsədəuyğun deyil".

Qeyd edək ki, ötən gün bəzi KİV-lərdə noyabrın 7-də Beyləqanda tankın iki avtomobili əzərək kanala düşməsi barədə məlumat yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti