...

Azərbaycanda əlillər üçün yeni layihəyə start verilib

Cəmiyyət Materials 4 Dekabr 2013 17:48 (UTC +04:00)
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) "Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişiklik" adlı layihənin icrasına başlayıb.
Azərbaycanda əlillər üçün yeni layihəyə start verilib

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) "Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişiklik" adlı layihənin icrasına başlayıb.

AGAT-dan Trend-ə verilən məlumata görə, bu layihə əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqların rifahına və hüquqlarının müdafiəsinə nail olmaq, onlar üçün bərabər imkanlar və hüquqlar cəmiyyəti yaratmaq, sağlamlıq imkanları məhdud olan insanlara qarşı cəmiyyətdə və xüsusi qayğıya ehtiyac olan uşaqlar arasında yeni münasibətlər qurmaq, onların cəmiyyətə inteqrasiyalarını asanlaşdırmaq, uşaqların problemlərinin həllində valideynlərə ailənin malik olduğu imkanı, potensialı göstərmək istiqamətində fəaliyyəti həyata keçirməkdən ibarətdir.

Layihə çərçivəsində AGAT tərəfindən sosial çarx hazırlanacaq, "dəyirmi masa"lar təşkil olunacaq, gənclərlə yığıncaqlar keçiriləcək, gənclərin və əlilliyi olan şəxslərin iştirakı ilə konsert təşkil olunacaq.

Layihə 2014-cü il sentyabr ayında başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti