...

Novruz Aslanov deputatlıq fəaliyyəti barədə hesabat verdi

Cəmiyyət Materials 24 Dekabr 2013 11:12 (UTC +04:00)
Milli Məclisin deputatı Novruz Aslanov hər il olduğu kimi bu ilin də sonunda gördüyü işlər barədə «Hesabat» jurnalı çap etdirərək ictimaiyyətə və müvafiq hökumət strukturlarına təqdim edib.
Novruz Aslanov deputatlıq fəaliyyəti barədə hesabat verdi

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Milli Məclisin deputatı Novruz Aslanov hər il olduğu kimi bu ilin də sonunda gördüyü işlər barədə "Hesabat" jurnalı çap etdirərək ictimaiyyətə və müvafiq hökumət strukturlarına təqdim edib.

Trend həmin hesabatın qısa xülasəsini təqdim edir:
• Daxil olan ərizələr-881 ədəd
• Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərilən sorğu və məktublar-200
• Mərkəzi və yerli icra hakimiyyəti orqanlarından daxil olan cavab məktubları-102
• Sorğuya verilmiş müsbət cavablar-28
• Sorğuya verilmiş mənfi cavablar-39
• Müayinə və müalicəyə göndərilmişdir-964
• Maddi yardım edilmişdir-155
• Ərzaq yardımı edilmişdir-960 ailə

Daxil olan ərizələrə əsasən nağd olaraq 2011-ci ildə 29030 manat, 2012-ci ildə 16550 manat, 2013-cü ildə 16488 manat vətəndaşlara maddi yardım edilib.

Novruz Aslanov 2011-ci ildə İsmayıllı rayonuna 50 səfər, 2012-ci ildə 47 səfər, 2013-cü ildə 62 səfər edib. Ümumilikdə deputatın qəbulunda və kütləvi tədbirlərdə 3 il ərzində 30 minə yaxın sakin iştirak edib. Millət vəkili İsmayıllı rayonunun 51 kəndində sakinlərlə görüşlər keçirib, bəzi kəndlərdə bir neçə dəfə olub.

Vətəndaşlara göstərilən humanitar və maddi yardımların bir qismi Azərbaycan Qızıl Aypara Cəmiyyəti və müxtəlif kampaniyalarda əldə edilən ianələr hesabına olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti