Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir E.İsmayılov/
"Azəriqaz" İstehsalat Birliyi qəbul komissiyasından keçərək istismara qəbul aktı almış çoxmərtəbəli yaşayış binalarına təbii qazın verilişinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.
ARDNŞ-dən Trend-ə bildiriblər ki, 2013-cü il ərzində Birlik hüquqi və fiziki şəxslərin müraciətlərini nəzərə alaraq, 30 374 mənzili əhatə edən 149 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib.
Xatırladaq ki, 2012-ci ildə 60 çoxmərtəbəli yaşayış binasına təbii qaz verilib.