...

Gəncədə köhnə mikroavtobus qalmayacaq

Cəmiyyət Materials 22 Yanvar 2014 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Gəncədə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün ilin sonuna kimi şəhərə yeni ortatutumlu avtobuslar gətiriləcək. Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsinin aparıcı məsləhətçisi İsa Quliyev bildirib.

Onun sözlərinə görə, "Hyundai" markalı yeni avtobuslar şəhərdə istismar müddəti bitmiş "Qazel" markalı mikroavtobusları əvəzləyəcək.

Bununla da ilin sonuna kimi Gəncənin ictimai nəqliyyat sistemində köhnə mikroavtobuslar qalmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti