...

Ermənistan miqrantlarının 98,6 faizi qazanc arxasınca Rusiyaya gedir

Cəmiyyət Materials 5 Fevral 2014 15:39 (UTC +04:00)
Ermənistan miqrantlarının 98,6 faizi qazanc arxasınca Rusiyaya gedir.
Ermənistan miqrantlarının 98,6 faizi qazanc arxasınca Rusiyaya gedir

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Ermənistan miqrantlarının 98,6 faizi qazanc arxasınca Rusiyaya gedir. Trend-in ARKA-ya istinadən verdiyi məlumata görə, bunu "AM Partners" konsaltinq şirkətinin proqram rəhbəri Vardan Aqbalyan deyib.

Onun sözlərinə görə, Ermənistandan əmək miqrasiyasının artımı 1998-1999-cu illərdə başlayıb və bu günədək azalmır: "Əmək miqrantlarının 45 faizi öz təşəbbüsü, 55 faizi isə işə dəvət üzrə ölkəni tərk edilər".

V. Aqbalyan qeyd edib ki, miqrantlar əsasən bir il müddətinə gedirlər: "Onlar üçün işlər mövsümi xarakter daşıyır".

Ekspertin sözlərinə görə, miqrantların 85 faizi ölkədə iş yerlərinin olmamasını, 40 faizə yaxını isə əməkhaqqının aşağı olmasını əsas gətirərək xarici ölkələrə üz tutduqlarını deyir.

V.Aqbalyan bildirib ki, bu məlumatlar 2013-cü ilin oktyabr-noyabr aylarında Ermənistanın 4 regionunda aparılmış monitorinqin nəticələri əsasında əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti