...

Azərbaycanda havanın temperaturu bir qədər enəcək

Cəmiyyət Materials 15 Fevral 2014 12:45 (UTC +04:00)
Azərbaycanda sabah havanın temperaturu bir qədər enəcək, küləyin sürəti bəzi ərazilərdə arabir güclənəcək.
Azərbaycanda havanın temperaturu bir qədər enəcək

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda sabah havanın temperaturu bir qədər enəcək, küləyin sürəti bəzi ərazilərdə arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, fevralın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Yarımadanın bəzi yerlərində az yağıntı olacağı ehtimal edilir. Mülayim şimal küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 16-da hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru qərb rayonlarından başlayaraq havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti