...

Azərbaycanda fevralın 26-da ilk dərs saatı Xocalıya həsr ediləcək

Cəmiyyət Materials 20 Fevral 2014 13:38 (UTC +04:00)
Azərbaycanda fevralın 26-da ümümi, ilk peşə ixtisas, ali və orta ixtisas təhsili müəssisələrində ilk dərs saatı Xocalı soyqırımına həsr ediləcək.
Azərbaycanda fevralın 26-da ilk dərs saatı  Xocalıya həsr ediləcək

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda fevralın 26-da ümümi, ilk peşə ixtisas, ali və orta ixtisas təhsili müəssisələrində ilk dərs saatı Xocalı soyqırımına həsr ediləcək.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, bu, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsi barədə əmrdə qeyd edilib.

Əmrdə bildirilir ki, ali, ilk peşə və orta ixtisas, ümumtəhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş foto və rəsm sərgiləri, bədii gecələrin keçirilməsi , tamaşaların hazırlaması, sənədli və bədii filmlərin nümayişi təşkil edilsin.

Nazir Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsi ilə əlaqədar məktəb rəhbərlərinə bir sıra digər tapşırıqlar da verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti