Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Qubada səfərdədir.
Trend Regional TV-yə istinadən xəbər verir ki, səfərdə məqsəd Qubada dini icmaların nümayəndələrinin iştirakı ilə zona müşavirəsində iştirak etməkdir.
A.Paşazadə əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Qubaya səfəri müddətində QMİ sədrinin buradakı Quba Soyqırımı Memorial Kompleksini ziyarət etməsi, daha sonra isə Heydər Əliyev Mərkəzində bölgədəki dini icmaların nümayəndələrinin iştirakı ilə müşavirə keçirməsi nəzərdə tutulub.